Bəşər Əsəd 2021-ci ilə qədər prezidentlik edəcəyini açıqlayıb

© REUTERS / SANAПрезидент Сирии Башар Асад
Президент Сирии Башар Асад - Sputnik Azərbaycan
Abunə olmaq
Bəşər Əsəd: Əgər xalq məni dəstəkləməsəydi, necə prezident ola bilərdim?

BAKI, 2 noy-Sputnik. Suriya prezidenti Bəşər Əsəd üçüncü prezidentlik müddətinin sonunadək — 2021-ci ilədək ölkəyə rəhbərlik etmək niyyətindədir.

Sputnik-in məlumatına görə, bu niyyətini The New York Times qəzetinə müsahibəsində açıqlayıb.

Əsəd deyib ki, Suriyada baş verən münaqişə hökumət qüvvələrinin qələbəsi ilə başa çatana qədər mübarizəni davam etdirəcəklər. Bu müddət ərzində isə ölkədə hər-hansı siyasi dəyişikliklərin baş verməsindən söhbət gedə bilməz.

Suriya xalqının onu istəmədiyi, Qərbin isə xalqa kömək etdiyi barədə iddiaları təkzib edən Əsəd deyib ki, əgər xalq onu dəstəkləməsəydi, prezident ola bilməzdi.

Suriyadakı mövcud vəziyyəti şərh edən prezident "Suriyada hazırda ictimai quruluşun vəziyyəti münaqişədən əvvəlki dövrdən daha yaxşıdır" — deyib.

Bəşər Əsəd ilk dəfə 2000-ci ildə 97,3% səs toplayaraq Suriya prezidenti seçilib. O, 2007-ci ildə ikinci (97,62%), 2014-cü ildə üçüncü dəfə (88,7%) dövlət rəhbəri seçilib.

Suriyada prezidentlik müddəti 7 ildir.

Suriyada 2011-ci ilin mart ayında vətəndaş müharibəsi başlayıb. Hökümət qüvvələri ilə ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedən silahlı qarşıdurma davam edir.

Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlayıb. Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. İlk öncə nümayişlər dinc xarakterli olsa da, sonra nümayişçilər arasında peyda olan təxribatçılar tərəfindən polisə və nümayişçilərə atəş açılıb. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri rəsmi isə 100 nəfər həlak olub.

Beş il ərzində davam edən silahlı münaqişə nəticəsində minlərlə insan həyatını itirib, yüz minlərlə suriyalı qaçqın düşüb.

Xəbər lenti
0