Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakının bu hissəsində yağışlar torpaq çökməsinə səbəb ola bilər

© Photo : day.azTorpaq çökməsi
Torpaq çökməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Neftçilər prospekti ilə Tofiq Bağırov küçəsinin arasında, Bayıl sürüşmə sahəsinin ayrı-ayrı yerlərində çökmə prosesi baş verə bilər.

BAKI, 1 noy — Sputnik. AMEA Geologiya və Geofizika İnstitutunun Bibiheybət və Bayıl sürüşmə zonalarında apardığı tədqiqatın nəticələri açıqlanıb.

Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi Əvəz Salamovun APA-ya verdiyi məlumata görə, tədqiqat 2015-ci ilin sonu, 2016-cı ilin ortalarında 40-50 metr dərinlikləri öyrənmək şərti ilə geofiziki üsullarla aparılıb. Tədqiqat nəticəsində sürüşmə sərhədləri müəyyənləşib, pozulma xətləri aşkarlanıb, sürüşmə sahələrinin inkişaf istiqamətləri proqnozlaşdırılıb.

Geologiya və Geofizika İnstitutunun əməkdaşı tədqiqatla bağlı bəzi detalları da açıqlayıb.

Ə. Salamov qeyd edib ki, Bibiheybət sürüşmə sahəsində əsas etibarilə ayrı-ayrı yerlərdə çökmələrin baş verə biləcəyi ehtimal olunur: “Bibiheybət yamacının şərqindən keçən avtomobil yoluna müəyyən ziyan dəyə bilər. Yamacda baş verən sürüşmənin qırılma qaşı çox dik formaya malik olduğundan qırılma qaşının müəyyən hissələrində torpaq qatının qopub düşməsi ehtimalı yüksəkdir”.

Ə. Salamov onu da qeyd edib ki, Neftçilər prospekti ilə Tofiq Bağırov küçəsinin arasında, Bayıl sürüşmə sahəsinin ayrı-ayrı yerlərində çökmə prosesi baş verə bilər: “Son günlər yağıntıların miqdarı artıb ki, bu da heç şübhəsiz sürüşmə prosesinin inkişafını sürətləndirəcək”.

Xəbər lenti
0