CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Psixoloq: Yuxarı yaşlarda boşanma dəb halını alıb

CC0 / Engin_Akyurt / man womanQadın və kişi siluetləri, arxiv şəkli
Qadın və kişi siluetləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azad İsazadə: Keçmiş sovet ölkələrinin hamısında bu cür problemlər olur.

BAKI, 1 noy — Sputnik. "Azərbaycanda 45, 50 və daha yuxarı yaşlarda kişilərin boşanmasının psixofizioloji səbəbləri var və bu yaşlarda ayrılan güclü cinsin nümayəndələrinin maddi vəziyyəti əsasan daha yüksək olur. Onlar ya biznesmen, ya da yaxşı bir iş sahibi olduqdan sonra özlərinə daha gənc bir xanımla yeni həyat qururlar".

Bunu "Report"a açıqlamasında psixoloq Azad İsazadə deyib.

Psixoloqun sözləriə görə, bütün "postsovet" ölkələrində bu vəziyyət dəb halını alıb: "Keçmiş sovet ölkələrinin hamısında bu cür problemlər olur. Müəyyən yaşa gəlmiş kişilərin bəziləri bir balaca imkanı olan kimi birinci ailəni daha gənc bir xanımla əvəz edir. Çoxu məşuqə kimi görüşsə də, bəziləri ailə qurur, uşaq da dünyaya gətirirlər. Təbii ki, başqa səbəblər də var. Daha geniş araşdırmaq lazımdır. Elə kişilər var ki, gedib illərlə başqa ölkələrdə işləyirlər və həmin ölkədə ikinci dəfə ailə həyatı qururlar". 

O bildirib ki, 25-35 yaşlarında olan boşanmaların əsas səbəbi isə sosial, məişət problemləri ilə bağlı olur. Onun sözlərinə görə, müasir informasiya imkanlarının artması da insanlarda səbirsizlik yaradıb: "İnsanlar yaramış problemə səbirlə yanaşmaq və onu həll etmək istəmirlər. Əvvala problemlər daha da ciddiləşib, digər tətəfdən də həmin problemlərin həlli təcrübəsi olmadığı üçün boşanmağa üstünlük verirlər. Vaxtilə boşanma daha ayıb sayılırdı. Bütün ailə yığışıb boşanmağa qoymurdu. İndi ailələr daha sərbəstdir. Cəmiyyət boşanmış insanları əvvəlki kimi qınamır. Səbirsizlik, qınağın azalması və üstəgəl ciddi sosail problemlər boşanma ilə nəticələnir".

A.İsazadə onu da əlavə edib ki, boşanma ilə bağlı göstərilən statistik məlumatlar hər zaman nisbi olur, tam obyektiv rəqəmləri göstərmir: "Statistik məlumatlarda qeyri-rəsmi nikahlar və saxta boşanmalar qeyd olunmur. Halbuki bu hal cəmiyyətimizin reallığıdır. Bəzən hansısa səbəbdən saxta boşanmalar da olur. Saxta boşanma sovet dövründə də var idi. Məsələn, mənzil almaq üçün ailə saxta formada boşanırdı, amma ər-arvad bir yerdə yaşayırdı. İndi də bu hallar var. 12 min boşanmanın içində 2-4 min bəlkə daha çox saxta ayrılma ola bilər. Belə hallarla da rastlaşmışam ki, real boşanırlar və bir neçə ildən sonra barışıb bir yerdə yaşayırlar. Amma növbəti dəfə nikah bağlamırlar".

Ümumiyyətlə, ötən il Azərbaycanda 12764 boşanma qeydə alınıb. Ölkədə 39 yaşda 1699 kişi, 1391 qadın, 40-44 yaşda 1103 kişi, 904 qadın, 45-49 yaşda 921 kişi, 743 qadın, 50-54 yaşda 689 kişi, 469 qadın, 55-59 yaşda 402 kişi, 283 qadın, 60 və daha yuxarı yaşlarda isə 327 kişi, 167 qadın boşanıb.

Xəbər lenti
0