Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kinematoqrafa yaşıl işıq

© AZƏRTACСъемки фильма. Архивное фото
Съемки фильма. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda 40-a yaxın prodüsser mərkəzi fəaliyyət göstərir. Onların heç birinin film istehsal etmək və onun istismarı ilə məşğul olmaq üçün maddi-texniki bazası yoxdur.

BAKI, 1 noy — Sputnik. Noyabrın 1-də Milli Məclisin Mədəniyyət  komitəsinin növbəti  iclası  keçirilib.

Parlamentin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, iclası açan komitə sədri Rəfael Hüseynov əvvəlcə “Kinematoqrafiya haqqında” yeni hazırlanan qanun layihəsini təqdim edib. Bildirilib ki, sənəd filmlərin istehsalı, yayımlanması, milli kinematoqrafiyanın təbliği və qorunması  sahəsində  yaranan  münasibətləri  tənzimləyir. 12 fəsil 40 maddədən ibarət  olan sənəddə kino sənəti barədə əsas müddəalar, bu sahədə fəaliyyət subyektləri, dövlət dəstəyinin formaları, qadağalar, milli film istehsalı, maliyyə mənbələri və digər anlayışlar öz əksini tapıb. 

Komitə sədri kino sənətinin xalqların mədəniyyət sferasında çox önəmli yer tutduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan kinematoqrafçıları 1916-cı ildə “Neft və milyonlar səltənətində” adlı ilk bədii filmin çəkilməsindən keçən zaman ərzində unudulmaz kino inciləri yaradıblar. Bu gün müəyyən səbəblərdən bu sahədə boşluqlar yaransa da, kino sənətinin inkişafı, yaradıcılıq imkanlarının genişləndirilməsi üçün böyük potensial var. Bu sahədə qanunvericilik bazasının təkmilləşdirilıməsi üçün sənəd çox əhəmiyyətli olacaq.

İclasda iştirak edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, bu gün Azərbaycanda film istehsalı üçün avadanlıqların gətirilməsində maraqlı olan qurumlar yoxdur. Nazir müavini bunun əsas səbəbini bu avadanlıqların çox bahalı olması, sahibkarların isə tez gəlir əldə edən layihələrə daha çox maraq göstərməsi ilə izah etdi. Buna görə də kino texnikası, kino istehsalı üçün avadanlıq gətirənlərə vergi güzəştləri tətbiq oluna bilər. Çünki istənilən film kommersiya xarakteri daşıyır və gəlir gətirməlidir. Bunun üçün bizim studiyalar davamlı, dayanıqlı avadanlıqlara malik olmalıdır.

Ədalət Vəliyev onu da diqqətə çatdırıb ki, Azərbaycanda 40-a yaxın prodüsser mərkəzi fəaliyyət göstərir. Onların heç birinin film istehsal etmək və onun istismarı ilə məşğul olmaq üçün maddi-texniki bazası yoxdur. Ancaq buna baxmayaraq kinematoqrafçılarımız son illərdə bir neçə filmimizin dünya kino bazarında uğur qazanmasına nail ola biliblər. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası da dövlət sifarişli filmlərin çəkilməsi üçün xarici ölkələrdən yüksək səviyyəli texniki avadanlıqlar icarəyə götürür. Çünki studiyanın özünün malik olduğu texnika sovet dövründən qalmadır.

Sənədin Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılması qərara alınıb.

Xəbər lenti
0