BAKI, 1 noy-Sputnik. Mərkəzi Bank dolların noyabrın 2-nə rəsmi məzənnəsini 1,6490 AZN/USD səviyyəsində müəyyən edib.
Mərkəzi Bankdan Sputnik-ə bildiriblər ki, bu, məzənnənin 0,67 faiz yüksəlməsi deməkdir.
Bu gün dolların rəsmi məzənnəsi 1,6381 AZN/USD olub.
Qeyd edək ki, bu ilin 11 mart tarixində rəsmi USD/AZN məzənnəsi 1,6456 səviyyəsinədək qalxmış, 25 may tarixində isə 1.4900 səviyyəsinədək düşmüşdü.