Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Beynəlxalq İqtisadiyyat Məktəbində məzun monitorinqi aparılıb

© Photo : UNECBeynəlxalq İqtisadiyyat Məktəbində məzun monitorinqi aparılıb
Beynəlxalq İqtisadiyyat Məktəbində məzun monitorinqi aparılıb - Sputnik Azərbaycan
Abunə olmaq
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunlarından 53%-i universiteti bitirəndən dərhal sonra işə düzəlib.

BAKI, 1 noy — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində 2015/16-cı tədris ili üçün məzun monitorinqi aparılıb. Bu barədə Sputnik-ə UNEC-dən məlumat verilib.

Monitorinqin nəticələrinə görə, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunlarından 53%-i universiteti bitirəndən dərhal sonra işə düzəlib. 22% magistraturaya qəbul olunub, 7% isə hərbi xidmətdədir. Beləliklə, kifayyət qədər yüksək olan 82% göstərici əldə olunub.

Monitorinq zamanı məzunlardan 7%-nin xarici universitetlərdən cavab gözlədiyi də məlum olub.

Məzunların işlədiyi şirkət və təşkilatlar arasında ölkənin tanınmış şirkət və holdinqləri var. Məzunlar təhsillərini Middle East Technical University (ODTÜ), Eberhard Karls University of Tubingen, University of Applied Sciences, Budapest Business School, International School of Economics at Tbilisi State University kimi nüfuzlu universitetlərdə davam etdirirlər.

Monitorinq hər il davam etdiriləcək.

Xəbər lenti
0