Amerikadan Ərdoğana tarixi xəbərdarlıq

© AP Photo / Manuel Balce CenetaBŞ Dövlət Departamentinin spikeri Con Kirbi
BŞ Dövlət Departamentinin spikeri Con Kirbi - Sputnik Azərbaycan
Abunə olmaq
“Amerika müttəfiqi Türkiyədə müxalif mətbu orqanlarına edilən polis basqınlarından dərin təəssüf hissi keçirir. Və Ankaraya məsləhət görür ki, demokratik dəyərlərin qorunmasına ciddi səy göstərsin”, - bəyanatda qeyd olunur.

BAKI, 1 noy – Sputnik. ABŞ Dövlət Departamenti, Türkiyənin “Cumhuriyyet” qəzetinin bağlanaraq, rəhbərinin həbs edilməsini sərt tənqid edərək rəsmi Ankaraya xəbərdarlıq edib. Sputnik Timeturk-ə istinadən bildirir ki, bu barədə Departamentin spikeri Con Kirbi açıqlama verib.

“Amerika müttəfiqi Türkiyədə müxalif mətbu orqanlarına edilən polis basqınlarından dərin təəssüf hissi keçirir. Və Ankaraya məsləhət görür ki, demokratik dəyərlərin qorunmasına ciddi səy göstərsin”, — bəyanatda qeyd olunur.

Con Kirbi sözlərinin davamında deyib: “15 iyul hərbi çevrilişinin arxasında duran şəxslərin ədalətə təslim edilməsi üçün Türkiyə hökumətinin səylərini anlayışla qarşılayırıq. Ancaq günahı sübut olunmayan və çevrilişlə əlaqəsi olmayan insanlara qarşı polis təzyiqi bizləri narahat edir”.

Xatırladaq ki, “Cumhuriyyət” qəzetinin baş redaktoru Murat Sabunçu, o cümlədən yazıçılar Aydın Engin, Hikmət Çətinkaya, Güray Öz, Hakan Kara və Turhan Günay da daxil olmaqla qəzetin 12 əməkdaşı FETÖ və PKK-nın propaqandasını etməkdə təqsirli bilinərək həbs olunublar. Qəzetin fəaliyyətinə isə qadağa qoyulub. 

Xəbər lenti
0