Vəkil: Bakı Apellyasiya Məhkəməsindəki yenilik müsbət haldır

© © E.Həsənovun şəxsi arxivindənVəkil Elyar Həsənov
Vəkil Elyar Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Həsənov: Reallıq ondan ibarətdir ki, hakim insandır və müəyyən obyektiv və subyektiv amillər onlara təsir edə bilirdi.

Hüquqşünas Elyar Həsənov
Bakı Apellyasiya Məhkəməsində məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünə başlanılıb.  Hüquqşünas Elyar Həsənov da bu yeniliyin müsbət nəticələr doğuracağını düşünür.

"Çünki, əvvəllər müəyyən şübhələr olurdu, bəzən insanlar o məsələlərə şübhə ilə yanaşırdılar. Reallıq ondan ibarətdir ki, hakim insandır və müəyyən obyektiv və subyektiv amillər onlara təsir edə bilirdi. Və yaxud hansısa müəyyən şəxslər müxtəlif yollarla təsir etmək istəyirdilər ki, onlara bilavasitə yaxın olan hakimlər işə baxsınlar", — o, Sputnik-ə açıqlamasında bildirib.

"Lakin, avtomatlaşdırılmış qaydada bölgü olanda bu, istisna edilir. Yəni, konkret olaraq qabaqcadan planlaşdırılan şəxslərə düşmə məsələsi olmur", — mütəxəssis vurğulayıb. 

Xəbər lenti
0