Professor: Sevgi olmasa, uğur qazana bilməyəcəyik

© Sputnik / Murad OrujovДоктор филологии, профессор Бакинского государственного университета Гулу Магеррамли
Доктор филологии, профессор Бакинского государственного университета Гулу Магеррамли - Sputnik Azərbaycan
Abunə olmaq
Qulu Məhərrəmli Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsi tətbiq olunması təklifinə münasibət bildirib

Professor deyir ki, yaxşı ki, vaxtı ilə "dil polisi" yaratmaq kimi təşəbbüslər reallaşmadı
"Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsi tətbiq olunmalıdır". Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu belə təkliflə çıxış edib. Məsələni Sputnik-ə şərh edən AMEA Dilçilik İnstitunun keçmiş əməkdaşı, professor Qulu Məhərrəmli hesab edir ki, dilin düzgün işlədilməsi inzibati qaydalarla yox, sevgi ilə mümkündür:

"Milli heysiyyata bağlı olan dil təəssübkeşliyi və içdən gələn sevgi olmasa, biz bu sahədə uğur qazana bilməyəcəyik. Üstəlik, yol hərəkəti sistemindən fərqli olaraq, biz hələlik dil normaları ilə bağlı qaydaları mükəmməl şəkilə salmamışıq". Professor onu da qeyd edib ki, əvvəllər də "dil polisi" yaratmaq, ədəbi normaları pozanları cərimə etmək barədə təşəbbüslər olub: "Amma yaxşı ki, bunlar müzakirə səviyyəsindən o yana getməyib".

Xəbər lenti
0