BAKI, 31 okt — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında noyabrın 1-də arabir yağış yağacağı, gecə bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 1-də arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, dağlıq və dağətəyi rayonlarda qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.