BAKI, 31 okt – Sputnik. Türkiyənin Mardin vilayətinin Kızıltepe rayonunda iqtidardakı AKP partiyasının qərargah binasını mühafizə edən 3 polis әmәkdaşı PKK terrorçularının hücumu nәticәsindә yaralanıb.
Sputnik TRT-yə istinadən xəbər verir ki, hadisә dünәn axşam saat 21.30 radələrində baş verib.
Xəbərə görә, PKK terrorçuları polisә iri ölçülü silahlarla hücum edib.
Polis ilә terrorçular arasında baş verәn atışmada 3 polis işçisi yaralanıb.
Terrorçuların tapılması üçün bölgәdә geniş miqyaslı əməliyyat başladılıb.