Prezident müxalifətlə dialoq yolunu seçdi

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidVenesuela prezidenti Nikolas Maduro
Venesuela prezidenti Nikolas Maduro - Sputnik Azərbaycan
Abunə olmaq
İqtidar-müxalifət görüşündə ölkənin xarici işlər naziri Delsi Rodriqes, Vatikan təmsilçisi Klaudion Çelli və İspaniyanın sabiq baş naziri Xose Luis Rodriqes də iştirak edib.

BAKI, 31 okt – Sputnik. Venesuela prezidenti Nikolas Maduro müxalifət koalisiyasının “Demokratik birlik bloku”nun üzvləri ilə paytaxt Karakasda görüşüb.

Sputnik Press TV-yə istinadən xəbər verir ki, tərəflər görüşdən sonra ölkədəki böhranın sülh yolu ilə həll olunması üçün dialoqa başlaya bilər. İqtidar-müxalifət görüşündə ölkənin xarici işlər naziri Delsi Rodriqes, Vatikan təmsilçisi Klaudion Çelli və İspaniyanın sabiq baş naziri Xose Luis Rodriqes də iştirak edib.

Maduro bildirib ki, dialoqun başlaması nəticəsində nifrət və qeyri-tolerantlığa son qoyaraq, sülhə nail olunacaq.

Xəbər lenti
0