BAKI, 31 okt — Sputnik. Moldovada keçirilmiş prezident seçkilərində səsvermə bülletenlərinin 98%-i sayılıb.
Sputnik-in məlumatına görə, Sosialist partiyasının lideri İqor Dodon irəlidədir. O 48,71% səs toplayıb.
"Hərəkət və həmrəylik" partiyasının lideri Mayya Sandu 37,95% səslə ikinci yerdədir.
Hadisələrin bu cür inkişafı ikinci turun olacağından xəbər verir.
İkinci tur noyabrın 13-də olacaq.