Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Jirinovskinin “Yaxın Şərqi Ərdoğana əmanət etməliyik” çıxışının pərdə arxası

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidRusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski
Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Liberal Demokrat Partiyasının sədri: “İraq və Suriyada istədiyini etməsi üçün Yaxın Şərqi Ərdoğana əmanət etməliyik”.

BAKI, 31 okt – Sputnik. “Ərdoğan bizim adamımızdır. Onu dəstəkləməliyik. Heç kim onu qeyri-qanuni hakimiyyətdən salmağa cəsarət edə bilməz”. 

Sputnik Türkiye xəbər verir ki, bu sözləri Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski dövlət televiziyasına açıqlamasında deyib. 

Jirinovski təklif edib ki, Rusiya Yaxın Şərqi tamamilə Türkiyəyə təhvil versin.

“İraq və Suriyada istədiyini etməsi üçün Yaxın Şərqi Ərdoğana əmanət etməliyik”, — Jirinovski əlavə edib. 

Putin və Ərdoğan - Sputnik Azərbaycan
RUSİYA
Ərdoğan Putinin bu təklifini qəbul edərsə...

Jirinovski, bəzi rus politoloqların Türkiyə əleyhinə çıxışlarını da tənqid edərək, onların bəyanatlarına qarşı çıxıb.

Rusiyalı məşhur siyasətçinin açıqlamalarını Sputnik-ə şərh edən türkiyəli jurnalist-yazar Ömər Dinçər deyib ki, Moskva rəhbərliyi Ərdoğan hakimiyyətindən nə qədər tez faydalansa bu həm də onlar üçün yaxşıdır:

“Cümhuriyyət dövründə heç bir siyasi partiya ruslarla bu ölçüdə yaxınlıq etməyib. Ona görə də, Ərdoğanı Rusiya üçün yaxşı fürsət hesab eləmək olar. Nəzərə alanda ki, Ərdoğanın Qərb bloku ilə də münasibətləri yaxşı deyil, o zaman bu Moskvanı daha da şirnikləndirir. Jirinovskinin açıqlamalarını adi bir fikir kimi dəyərləndirmək doğru deyil. Bəlkə də bu siyasi sifarişdir. Ən məşhur siyasətçisi ilə Rusiya Ərdoğana nələrisə çatdırmaq da istəyə bilər”.

Mövzuya politoloq İlqar Vəlizadə də münasibət bildirib. Onun sözlərinə görə, hazırda Rusiyanın siyasi elitasının bir qismi rus-türk böhranından nəticə çıxarmağa çalışır: 

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın - Sputnik Azərbaycan
Ərdoğanın sözçüsündən maraqlı Gülən açıqlaması

“Bir çox rus siyasətçi belə qənaətə gəlir ki, ən azı Rusiyanın Yaxın Şərq siyasətinin səmərələliyini artırmaq üçün Türkiyə kimi ölkənin potensialından istifadə etsinlər. Eyni zamanda iki ölkə arasında mövcud olan razılaşmalar göstərir ki, yaxın gələcəkdə regionda yeni siyasi arxitektura qurulacaq və bu arxitektura məhz Türkiyə-Rusiya münasibətlərini müəyyən edəcək”.

İ.Vəlizadə həmçinin qeyd edib ki, milyard dollarlarla ölçülən irimiqyaslı layihələrin həyata keçirilməsi region üçün təsirsiz ötüşməyəcək və belə bir halda yalnız pay bölgüsü əsasında həyata keçirilən siyasət öz bəhrəsini verə biləcək. 

“Son olanlar göstərir ki, rus və türk siyasi elitası da bununla bağlı ortaq məxrəcə gəliblər”, — politoloq əlavə edib. 

Xəbər lenti
0