BAKI, 14 okt — Sputnik. "Bazar ertəsi İstanbulda görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin hava hücumundan müdafiə sistemini müzakirə ediblər".
Sputnik milleyet-ə istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib. Onun sözlərinə görə, liderlərin görüşündə Moskvanın Ankaranı havadan müdafiə sistemi ilə təmin edə biləcəyi məsələsi müzakirə olunub.
"Türkiyə tərəfinin qəbul edəcəyi təqdirdə, Rusiya bu müdafiə sistemini onlara göndərə bilər", — Peskov bildirib.
Mətbuat katibinin sözlərinə görə, hava hücumundan müdafiə sistemi tamamilə ticari bir mövzudur və əməkdaşlığın çox həssas bir sahəsidir.
Qeyd edək ki, Türkiyə Çinin, 3,4 milyard dollar qarşılığında tenderdə qazandığı havadan müdafiə sistemi ilə bağlı razılaşmanı 2015-ci ilin noyabr ayında ləğv etmişdi. Tenderə ABŞ-ın "Patriot" sistemi, Rusiyanın "S300" və "S400" raketləri, Çinin "FD-2000" raketi və İtaliya ilə Fransanın birgə inkişaf etdirdiyi "Samp-T" sistemi qatılmışdı.