İradə CƏLİL, Sputnik Azərbaycan
Səhiyyə Nazirliyi mütəmadi olaraq, bölgələrdə yerləşən tibb müəssisələrində KİV-lərin nümayəndələri üçün media-turlar təşkil edir. Növbəti press —tur ölkəmizin cənub bölgəsinin Lənkəran, Lerik və Astara rayonlarına təşkil olunub.
Tur çərçivəsində KİV nümayəndələri Lənkəran, Lerik və Astara rayonlarında olaraq buradakı xəstəxanaların son vəziyyəti ilə yaxından tanış olublar.
Qeyd edək ki, Lənkəran Müalicə-Diaqnostika Mərkəzinə Respublika Müalicəvi Diaqnostika Mərkəzindən ezam olunan həkim heyəti tərəfindən əhalinin müayinə və müalicəsi aparılır. Bunun nəticəsi olaraq əhali müalicə və müayinə üçün paytaxt Bakıya getmək zərurəti ilə üzləşmir, birbaşa yaşadığı ərazidə keyfiyyətli səhiyyə xidməti ilə təmin edilir. Hal-hazırda Lənkaran Diaqnostika Mərkəzində Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) ezam olunmuş geniş tərkibli həkim heyəti tərəfindən əhalinin müayinə və müalicəsi aparılır.
RMDM-in diaqnostika şöbəsinin müdiri Əhməd Məmişin bildirdiyinə görə, bölgələrdə də standartlara uyğun texnologiyalar mövcuddur. Və həmin texnologiyaların yüksək ixtisaslı, Rusiyada, Türkiyədə və digər ölkələrdə təhsil almış mütəxəsislər tərfindən istifadə edilməsi lazımdır. Buna görə də biz Bakıdan gəlmiş həkimlərlə birlikdə xəstələri müayinə edirik. Ə. Məmiş qeyd edir ki, son zamanlar Azərbaycan səhiyyəində böyük irəliləyişlər müşahidə edilir: “Ürək-damar xəstəlikləri, beyin-damar xəstəlikləri, nevropatologiya, xüsusilə onkoloji xəstəliklərin müayinəsi üçün tələb olunan texnologiya mövcuddur. Lənkərandakı bu xəstəxanada olan müasir texnologiya ünyanın digər ölkələrində xəstəxanalarda mövcud olan texnologiyaya bərabərdir”.
Ə. Məmiş bildirir ki, əhali əsasən nevroloji, ginekeoloji, oftomoloji və digər xəstəliklərlə əlaqəli müraciət edirlər. Lənkəran Diaqnostika Mərkəzinin baş həkim müavini Ağəli Əliyevin sözlərinə görə, Lənkəran Diaqnostika mərkəzi 10 ildir ki, fəaliyyət göstərir: “ Mərkəzdə 8 bölmə var. Şüadiaqnostika, hemodiazli, poliklinkia və digər şöbələr var. Mərkəzə ildə 100 mindən çox xəstə müraciət edir”.
A. Əliyev qeyd edir ki, mərkəzə təkcə Lənkarandan deyil, bütün bölgələrdən müarciələr daxil olur. Həkimin sözlərinə görə, Lənkərandan ən çox ürək-qan-damar sistemi xəstəlikləri, mədə-bağırsaq sistemi xəstəlikləri ilə müraciət edirlər.
Hazırda mərkəzdə 49 müxtəlif ixtisaslı həkim 93 nəfər orta tibb işçisi,92 nəfər texniki işçi fəaliyyət göstərir.
Lənkəran Diaqnostika Mərkəzini hemodializ mərkəzində 100 nəfər dializ xəstəsi müalicə alır. Şöbədə 15 hemodializ aparatı qurulub. Şöbə 3 növbəli çalışır: “ Xəstələr həftədə 2-3 hemodializ qəbul edirlər. 10 il ərzində 1000 nəfərə yaxın xəstə müalicə alıb”.
Daha sonra Lerik Rayon Mərkəzi Xəstxanasındakı vəziyyətlə tanış olduq. Xəstəxananın baş həkimi, Tibb Elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayevin sözlərinə görə,xəstəxana Lerik rayonu üzrə 162 kəndi birləşdirir. Bura bir rayon xəstəxanası, 6 kənd xəstəxanası fəaliyyət göstəir. Burada 57 həkim, 182 nəfər orta tib işçisi çalışır. Xəstəxana 2010 cu ildən fəaliyyət göstərir. Burada ən yüksək standartalara uyğun texnologiya ilə təmin edilib: “ Ayda xəstəxanamıza 20 minə yaxın müraciət edir. Rayona təyin edilən həkimlər xüsusi imtiyazlara malikdir. Yəni təyin edilən yeni kadrlar əlavə əmək haqqı (kompensasiya) və torpaq sahəsi ilə təmin edilir”.
Həkim bildirir ki, xəstəxanada uşaq ölümü səviyyəsi də respublikamızla müqayisədə 3 dəfə aşağıdır. Son 5 ildə rayonda ana ölümü qeydə alınmayıb.
Son olaraq isə səfərimiz Astara Rayon Xəstəxanasına oldu. Xəstəxanada bir neçə şöbəni gəzikdən sonra baş həkim Əlövsət Əliyevlə bölgədəki vəziyyətlə bağlı danışdıq. Baş həkim bildirdi ki, Astara rayonunda əhaliyə tibbi xidmətin ən müasir tələblər səviyyəsində təşkilinə nail olmaq üçün mühüm işlər görülüb: “ Xəstəxananın həkim və tibb işçilərindən ibarət səyyar briqadalarının rayonun ən ucqar dağlıq kəndlərində yerli əhalinin tibbi müayinə və müalicəsi aparılır. Respublikanın tanınmış və yüksəkixtisaslı tibb mütəxəssislərinin də rayona dəvət edildiyini, onların yerli əhalinin tibbi müayinə və müalicəsində iştirak edir”.
Həkim bildirir ki, daha Astara rayonundan İrana müalicə üçün müalicə edən yoxdur. Əksinə İrandan bir neçə xəstə müalicə üçün müraciət edib. Və ilk dəfə olaraq bu xəstəxanada böyrəkköçürmə əməliyyatı həyata keçirilib.
Ə. Əliyevin sözlərinə görə, rayonda ana ölümü qeydə alınmayıb, uşaq ölümünün səviyyəsi isə çox aşağıdır: “ Son zamanlarda cəmi bir ana ölümü qeydə alınıb və bu doğuşla əlaqəli olmayıb. Ölümə hamiləliklə yanaşı davam edən xəstəlik səbəb olub”.
Həkim bildirir ki, başqa bölgələrdə oluğu kimi Astarada da İVV-ə yoluxma halları qeydə alınır və həmin şəxslər müalicə üçün Bakıya göndərilir.
Cənub bölgəsində səhiyyənin inkişafı bu bölgədən müalicə üçün İrana gedənlərin sayına da təsir edib. Belə ki, əvvəlllər müalicə üçün ay ərizndə 100 —ə yaxın müraciət olsa da, indi bu rəqəm 2-3 bərabərdir.