BAKI, 30 okt — Sputnik. Ötən gecə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 200 m2 olan qarajın içərisində vətəndaşa məxsus "Qazel" markalı, yük avtomobilinin yanar hissələri, 8 ədəd kəpək çənləri (hər biri 100 kq olmaqla) və 10 m2 sahədə taxta tullantıları yanıb. Bu barədə Sputnik-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Qaraj yanğından mühafizə olunub. Yanğın saat 00:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.