BAKI, 30 okt — Sputnik. Misir fironlarından İkinci Ramzesə məxsus məbəddə olan heykəl, yalnız fironun doğum və tacqoyma günləri olaraq qəbul edilən 22 oktyabr və 22 fevral tarixlərində Günəş işığı görür. Sputnik milliyet-ə istinadla xəbər verir ki, İkinci Ramsesin doğum gününü tam olaraq təyin etmək çətindir.
Bununla belə, 22 oktyabrda fironun heykəlinin üzünə Günəş şüalarının düşməsi, qədim Misirdə əkinçilik mövsümünün başlanğıcının xəbərçisi kimi, 22 fevralda ikinci dəfə Günəş şüası düşməsi isə məhsul mövsümünün başlanğıcı kimi qəbul edilib.
Heykəlin üzərinə Günəş işığının düşmə anına şahidlik etmək istəyən yerli və xarici turistlər, həmin gün məbədə axın edirlər. Bu hadisə ildə iki dəfə gerçəkləşir və 20 dəqiqə davam edir. Bu il də oktyabrın 22-də eyni hadisə təkrarlanıb.