BAKI, 29 okt — Sputnik. Türkiyədə Cümhuriyyətin elan edilməsinin 93-cü ildönümü ölkədə və xaricdə mərasimlərlə qeyd olunur. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu münasibətlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dövlət və hökumət üzvləri Atatürkün dəfn olunduğu Anıtqəbir Kompleksini ziyarət ediblər.
Rəcəb Tayyib Ərdoğan xatirə dəftərinə öz ürək sözlərini yazıb. Rəsmi mərasimdən sonra Anıtqəbir Kompleksi xalqın ziyarətinə açılıb. Bayram münasibətilə Bakı Türk Şəhidliyində də mərasim təşkil edilib.