BAKI, 29 okt — Sputnik. Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yüksək temperaturdan bitişik tikilmiş sahəsi 200 m2 olan kafenin tavanı 25 m2 sahədə əriyib.
Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub və 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib. Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.