Dollar digər valyutaları "əzməkdə" davam edir

© Sputnik / Murad OrujovDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ valyutası Türkiyədə ard-arda məzənnə yüksəlişi ilə rekordlar qırıb və 3.1273 türk lirəsi ilə tarixi zirvəsinə çatıb

BAKI, 29 okt — Sputnik. Türk lirəsinin dollar qarşısında ucuzlaşması davam edir. Dollar dünən, 3.1273 türk lirəsi ilə yeni tarixi rekord həddə yüksəlib. Sputnik haberler-ə istinadla xəbər verir ki, inkişaf etməkdə olan bütün ölkənin pul vahidləri dollar qarşısında dəyər itirib.

Manat və dollar - Sputnik Azərbaycan
Dollar 1.64-ə yaxınlaşır

Dollar niyə bu qədər sürətli dəyər qazandı, Türk lirəsi itirdi? Tək bir cavab yoxdur, amma səbəblərin başında ABŞ-ın Federal Ehtiyatlar Sistemindən (FED) gözlənilən qərar gəlir.

FED-in dekabr ayında uçot dərəcəsini qaldırma ehtimalı 78 faizə qədər yüksəldi. Bu, dolların güclənməsini təmin edir.

Ayrıca Türkiyənin daxili siyasətindəki hadisələr də Türk lirəsinə təsir edir. Yeni konstitusiya və prezident üsul-idarəsinə keçid ilə bağlı müzakirələrinin yenidən gündəmə gəlməsi, geosiyasi risklər — Türkiyə sərhədlərində davam edən müharibələr Türk lirəsini zəiflədir.

Ekspert Eda Öndər Öztürk deyib ki, güclü dollar təzyiqedici taktikanı davam etdirdiyi müddətdə, digər valyutaların durumu ağırlaşacaq: "ABŞ-da prezident seçkiləri keçirilənə qədər mərkəz bankların yol xəritələrində marşrut dəyişməyəcək. ABŞ-da keçiriləcək prezident seçkilərinin FED-ə də təsir edəcəyi gözlənilir".

"Eynilə 100 metr məsafəyə qaçış yarışında iştirak edən idmançı kimi dolların sürətinə kimsə çata bilmir. Dollar dünən bazarda üst-üstə rekordlar qırdı və 3.1273 türk lirəsi ilə tarixi zirvəsinə çatdı. Yüksəlişin davam edəcəyi istisna deyil", — mütəxəssis bildirib.

Xəbər lenti
0