Pərviz Heydərov: Qazın tarifinə qış fəslində baxmaq məqsədəuyğun deyil

© Facebook/Parviz HeydarovPərviz Heydərov - iqtisadçı-ekspert
Pərviz Heydərov - iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Dünya bazarı qiymətlərini daxili enerji daşıyıcılarının qiymətləri ilə əlaqələndirmək düzgün deyil

Pərviz Heydərov: Təbii qazın qiymətinə sonuncu dəfə 3 il bundan qabaq baxılıb
İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, təbii qazın qiymətinə sonuncu dəfə 3 il bundan qabaq – 2013-cü ildə baxılıb: “Enerji daşıyıcılarının qiymətlərinə müəyyən dövrdən bir, şübhəsiz ki, baxıla bilər. Hökumət tərəfindən son illər ərzində enerji daşıyıcılarının qiymətlərinə baxdığı dövrləri nəzərdən keçirsək görərik ki, o, çox qısa müddət ərzində deyil, 4-7 ildən bir müəyyən tariflərə baxmaq siyasəti yürüdüb. Tarif Şurası tərəfindən təbii qazın qiymətinə sonuncu dəfə 3 il bundan qabaq – 2013-cü ildə baxılıb. Təbii qazın pərakəndə satışı 1000 m3 üçün 100 manat müəyyən edilib”.

“Bizdə enerji daşıyıcılarının qiymətləri dövlət tərəfindən tənzimlənir və bizim daxili bazardakı qiymətlərin dünya bazarındakı qiymətlərlə heç bir faktiki əlaqəsi yoxdur. Bu sahədə tarifə cəmi 3 il əvvəl baxıldığı üçün, aradan xeyli müddət keçmədiyi əsas götürülərək, tarifi qaldırmağa elə də ehtiyac yoxdur. İkincisi, təbii qaz elə bir növ enerji daşıyıcısıdır ki, onun tariflərinə qış fəslində baxmaq ümumiyyətlə məqsədəuyğun deyil”, — deyə o bildirib.

Xəbər lenti
0