Kim haqlıdır: Prezident, yoxsa parlament?

© AFP 2024 / FEDERICO PARRAVenesuela parlamentinin iclası, Karakas, 23 oktyabr 2016
Venesuela parlamentinin iclası, Karakas, 23 oktyabr 2016 - Sputnik Azərbaycan
Abunə olmaq
Venesuelada dövlət başçısı və parlament bir-birlərini dövlət çevrilişinə cəhddə ittiham edirlər

BAKI, 28 okt — Sputnik. Müxalifət nümayəndələrinin çoxluq təşkil etdiyi Venesuela parlamenti dövlət başçısının cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini vurğulayaraq onun impiçmenti prosedurunun başlamasını dəstəkləyib. Milli assambleyada impiçment məsələsinin müzakirəsi zamanı müxalifət və hökumət nümayəndələri arasında dava düşüb. Hətta deputatlar arasında əlbəyaxa da olublar.

Braziliya prezidenti Dilma Rusef - Sputnik Azərbaycan
SİYASƏT
Braziliya prezidentinin impiçmenti təsdiqlənib

Öz növbəsində Venesuela Prezidenti müxalifəti "parlament çevrilişinə" cəhddə günahlandıraraq buna yol verməyəcəyinə söz verib. "Venesuelada parlament çevrilişi hələ olmayıb və biz belə bir şeyə yol verməyəcəyik, qoy bunu bütün sağçılar bilsinlər" — deyə Maduro Karakasda öz tərəfdarlarının mitinqində bildirib.

Ötən bazar günü deputatlar "Venesuelada konstitusiya quruluşunun bərpası barədə razılaşma" qəbul ediblər ki, razılaşmada hakimiyyətin hərəkətləri "Nikolas Мaduro rejimi tərəfindən dövlət çevrilişi və Venesuela xalqı və Konstitusiyanın əleyhinə" hesab edilir.

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidVenesuela prezidenti Nikolas Maduro
Venesuela prezidenti Nikolas Maduro - Sputnik Azərbaycan
Venesuela prezidenti Nikolas Maduro

Daha öncə Venesuelanın yeddi ştatının məhkəməsi Maduronun səlahiyyətlərinə xitam verilməsi haqqında referendumun keçirilməsinin birinci imza toplanması mərhələsinin nəticələrini gözlənilmədən ləğv edib. Hansı ki, buna qədər milli seçki şurası tərəfindən həqiqi tanınmışdı.

Müxalifət üçün referendumu 2016-cı ildə keçirmək vacibdir. Əks halda, Maduro hakimiyyəti tərk etsə belə, ölkə başçısı vəzifəsini iki il ərzində hazırki vitse-prezident icra edəcək. Plebisit daha əvvəl olarsa, konstitusiyaya əsasən, yeni seçkilər keçirilməlidir.

Venesuela Prezidenti dövlət çevrilişinə və xarici müdaxiləyə yol verməyəcəyinə söz verib: "Ölkədə nə dövlət çevrilişi, nə ABŞ müdaxiləsi olacaq. Venesuelada sülh olacaq, nifrət, laqeydlik və sui-qəsdlərə bəsdir".

Prezident, həmçinin müxalifəti dialoqda iştirak etməyə çağırıb. "Dialoq və sülhün alternativi yoxdur. Biz dialoq istəyirik — çünki biz sülh istəyirik", — deyə o bildirib.

"Venesuelada vəziyyət vətəndaş müharibəsi həddinə çatıb. Prezident Nikolas Maduronun taleyi artıq həll olunub. Parlament ölkə başçısının impiçmentini qəbul eləyib, Prezidentin cinayət məsuliyyətinə cəlb olunması haqda qərar çıxarıb. Bundan sonra Maduronun hər bir fəaliyyəti anti-konstition hesab olunacaq".

© SputnikQabil Hüseynli, politoloq
Qabil Hüseynli, politoloq - Sputnik Azərbaycan
Qabil Hüseynli, politoloq

Bunu Sputnik-ə açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Venesuela iri neft istehsalçısı olduğu üçün ABŞ və Rusiyanın marağındadır: "Nikolas Maduro ilə Rusiya prezidenti Vladimir Putinin çox yaxın dostluq əlaqələri var. Təbii ki, bu da ABŞ-ın xoşuna gəlmir. Hadisələrin arxasında Vaşinqtonun durduğunu ehtimal eləmək olar. Lakin qeyd etmək istəyirəm ki, Venesuela xalqı özü də aktiv xalqdır və dəyişikliyin tərəfdarıdır. Düşünürəm ki, vəziyyət mümkün qədər dinc yolla, xalqın iradəsinə uyğun həll ediləcək".

Qeyd edək ki, Venesuelada 2002-ci il aprelin 11-də dövlət çevrilişi cəhdi baş verib. O vaxt müxalifət ölkə prezidenti Uqo Çavesi devirərək hakimiyyəti 47 saatlığına ələ keçirə bilmişdi.

Xəbər lenti
0