Millət vəkili: Müstəqillik dövründə 3 min nəfər xaricdə dini təhsil alıb

© Sputnik / Murad OrujovSiyavuş Novruzov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini
Siyavuş Novruzov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini - Sputnik Azərbaycan
Abunə olmaq
Novruzov: Xaricdə dini təhsil alıb ölkəmizə gələnlərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirirlər.

BAKI, 28 okt-Sputnik. Müstəqillik dövründən indiyədək Azərbaycanda 3 min nəfər xaricdə dini təhsil alıb.

Bunu parlamentin plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda 2166 məscid var, onun 1600-ü daimi fəaliyyət göstərir: “Xaricdə dini təhsil alıb ölkəmizə gələnlərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirirlər. Bu gün Azərbaycanda həm Bakı Dövlət Universitetində, həm də İslam Universitetində dini sahədə mütəxəssislər yetişdirilir. Biz dini sahədə öz mütəxəssislərimizdən istifadə etməliyik”.

Xəbər lenti
0