CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

KİV dini ekstremizm əleyhinə aparılan əməliyyatı istədiyi formada verə bilməyəcək

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
“Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən dəyişikliyə görə, dini ekstremizm əleyhinə aparılan əməliyyat barədə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə veriləcək.

BAKI, 28 okt — Sputnik. Parlamentin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Qaz təchizatı haqqında”, “Elektroenergetika haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Telekommunikasiya haqqında” və “Yol hərəkəti haqqında” qanunlara dəyişikliklərə baxılıb.

Sputnik xəbər verir ki, “Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən dəyişikliyə görə, dini ekstremizm əleyhinə aparılan əməliyyat barədə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə veriləcək.

“Qaz təchizatı haqqında”, “Elektroenergetika haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Telekommunikasiya haqqında” qanunlarına edilən dəyişikliyə görə, dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.

“Yol hərəkəti haqqında” qanuna əlavələrə görə, ölkədə hansı ərazidə dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılırsa, orada əməliyyatı aparanlara yol hərəkətini müvəqqəti məhdudlaşdırmaq və ya qadağan etmək səlahiyyəti verilir.

Qanun layihələri səsə qoyularaq qəbul olunub.

Xəbər lenti
0