BAKI, 28 okt – Sputnik. İran İnqilab Keşikçiləri Qvardiyasının Bəşər Əsəd rejimi tərəfdən döyüşən generalı Qulamrza Semai Suriyada öldürülüb.
Sputnik İran KİV-nə istinadən xəbər verir ki, Q.Semai İmam Əlinin qızı həzrəti Zeynəbin türbəsini qorumaq üçün Suriyaya ezam olunmuş İran hərbçilərinin komandiri olub. O həm də 1980-1988-ci illərdə İran-İraq müharibəsinin iştirakçısı olub.