BAKI, 28 okt – Sputnik. Türkiyənin ordu sıralarından daha 195 zabit uzaqlaşdırılıb.
Sputnik NTV-yə istinadən xəbər verir ki, hərbçilər Türkiyə Müdafiə Nazirliyinin qərarı əsasında Fətullah Gülən şəbəkəsinə qarşı aparılan istintaq çərçivəsində ordu sıralarından xaric ediliblər.
Ordudan kənarlaşdırılan zabitlər Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları və Hərbi Dəniz Qüvvələri komandanlıqlarında təmsil olunublar.
Beləliklə, Türkiyə Silahlı Qüvvələrindən ixrac edilən şəxsi heyət üzvlərinin sayı 4 134 nəfərə çatıb.