"Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alovlanması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi.
Rəsmi komissiya qəzanın sırf səhlənkarlıqdan baş verdiyini açıqlayıb.
Sputnik-in infoqrafikasında bu dəhşətli qəzanın təfərrüatları verilir.