Çaylarda daşqın ehtimalına dair rəsmi açıqlama verildi

© Photo : ethem_andacÇay. Arxiv şəkli
Çay. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra, Bankə və Araz çayının Novruzlu məntəqələrində suyun səviyyəsində 4 sm, Salyanda isə suyun səviyyəsində 3 sm artım qeydə alınıb.

BAKI, 28 okt — Sputnik. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-210, Kiçik Qafqazın çaylarında 170-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 250-450 faizini təşkil edir. Sputnik bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir.

Tranzit çaylarda hazırki vəziyyət

Cənub bölgəsində ən çox qar Lerik rayonunun mərkəzində qeydə alınıb - Sputnik Azərbaycan
HADİSƏ
Cənub zonasında daşqın gözlənilir

Oktyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 205 m3/s olmaqla ongünlük normanın 124 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 182 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 156 m3/s olmaqla, ongünlük normanın 170 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 124 m3/s təşkil edərək ongünlük normanın 135 faizini təşkil etmişdir.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Oktyabrın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra, Bankə və Araz çayının Novruzlu məntəqələrində suyun səviyyəsində 4 sm, Salyanda isə suyun səviyyəsində 3 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 560 (2015-ci il oktyabrın 28-də 361 sm), Salyanda 410 (2015-ci il oktyabrın 28-də 200 sm), Bankədə 283 (2015-ci il oktyabrın 28-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 270 sm (2015-ci il oktyabrın 28-də 78 sm) təşkil edir.

Xəbər lenti
0