1949-cu ildə Cəlilabad rayonunda doğulan Yusif Əliyev babasından qalma qədimi sənəti yaşadanlardandır. O, bu peşəni hobbisi hesab etsə də, düzəltdiyi bəzək əşyaları insanı valeh edir.O, gündəlik istifadə edib atılan müxtəlif əşyalardan suvenirlər hazırlayır.
"Bir rəsm və ya portret 10-17 günə, bəzən isə 25 günə başa gəlir. Bu da işdən asılıdır. Çətin portretlər daha çox vaxt tələb edir", — sənətkar bildirir.
Yusif Əliyevin hazırladığı əşyaların rayonda sərgisi də keçirilib. Son zamanlar sifarişlərin artdığını deyən ustanın sözlərinə görə, yaratdığı portretlərin qiymətləri 200-500 manat arasında dəyişir.