Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Azəravtoyol"un aparat rəhbəri Türkiyədə ölüb

© Photo : REPORT IAAbşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada
Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada - Sputnik Azərbaycan
Abunə olmaq
Villada partlayış zamanı xəsarət alan "Azəravtoyol"un Aparat rəhbəri Türkiyədə vəfat edib

BAKI, 27 okt — Sputnik. Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin aparat rəhbəri Müşviq Qurbanov dünyasını dəyişib. "Report"un xəbərinə görə, hadisədən sonra M.Qurbanov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib.

O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib. Hadisədə xəsarət alan həyat yoldaşı Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Qurbanov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Qurbanlı ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Qurbanlı isə ölüb. M.Qurbanov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdirilmişdilər.

© Photo : REPORT IAVillada partlayış zamanı xəsarət alan "Azəravtoyol"un Aparat rəhbəri Türkiyədə vəfat edib
Villada partlayış zamanı xəsarət alan Azəravtoyolun Aparat rəhbəri Türkiyədə vəfat edib - Sputnik Azərbaycan
Villada partlayış zamanı xəsarət alan "Azəravtoyol"un Aparat rəhbəri Türkiyədə vəfat edib

Xəbər lenti
0