BAKI, 27 okt — Sputnik. NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
© Foto: mod.gov.azƏfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
![Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40750/46/407504691_0:0:1000:541_600x0_80_0_0_3b42afc9fc47a93e045a1d3739de0dcd.jpg)
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
Bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.