BAKI, 1 okt — Sputnik. BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrlik oktyabrın 1-də Rusiyaya keçib.
Rusiya sədrliyi Yeni Zelandiyadan təhvil alıb və noyabrın 1-də Seneqala verəcək.
Rusiyanın TŞ sədri olacağı oktyabr ayı ərzində 20-dək iclasın keçirilməsi gözlənilir. İlk iclas oktyabrın 3-də olacaq.
Oktyabr ayı ərzində BMT TŞ-nın iclaslarının əsas gündəliyi də açıqlanıb. Rusiyanın sədrliyi dövründə BMT TŞ-də Afrikadakı münaqişələr, həmçinin Yaxın Şərqdəki vəziyyət — Suriya, Livan, Yəməndəki durum əsas müzakirə mövzusu olacaq.
Rusiyanın sədrliyinin ən əhəmiyyətli məsələlərindən biri isə BMT-nin baş katibliyinə namizədlərlə bağlı səsvermənin keçirilməsidir.
BMT TŞ-yə sədrlik 15 üzv arasından əlifba sırası ilə müəyyənləşir. Sədrlik 1 ay çəkir.