BAKI, 27 okt — Sputnik. Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Barak Obama arasında telefon danışığı olub. Sputnik xəbər verir ki, bu barәdә Türkiyə Prezidentinin Administrasiyasından məlumat verilib.
İki liderin telefon danışığında İŞİD və PKK ilә mübarizә mәsәlәsi müzakirә olunub. Eyni zamanda Barak Obama İŞİD-ə qarşı mübarizədə rəsmi Ankara və Bağdad arasında davam edən dialoqu alqışlayıb.
Ağ Ev rəhbəri, həmçinin Suriya müxalifәtinә göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib.