CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda insanlar heyvanların yerini dar ediblər

Abunə olmaq
Yağışlı hava şəraiti Bakı Zooparkında xoşagəlməz durum yaratmasa da, bundan daha acınacaqlı nüans var

BAKI, 27 okt — Sputnik. Bir neçə gündür ölkə ərazisində davam edən aramsız yağış insanların gündəlik həyatında çətinliklər yaratdığı kimi, çöl heyvanlarının, o cümlədən də Bakı Zooparkındakı heyvanların vəziyyətini də gündəmə gətirib. Bundan öncə bir neçə dəfə Zooparkdakı heyvanların baxımsızlığı ilə bağlı mətbuatda yazılar dərc edilib.

Şir - Sputnik Azərbaycan
SOS: Yaxın 4 ildə planetdəki heyvanların yarıdan çoxu qırılacaq

Bəs bu dəfə vəziyyət necədir? Aralıqsız yağış onların həyatına necə təsir edib? Bu sualı yerində araşdırmaq üçün Sputnik-in əməkdaşı Zoopark ərazisində olub.

Suallarımızı Terarium-Akvarium şöbəsinin rəhbəri Pakizə Əliyeva cavablandırıb. Onun sözlərinə görə, yağışlara rəğmən, heyvanların sağlamlığında və qidalanmasında heç bir problem yoxdur: "Yağışlardan öncə nələr edilirdisə, indi də həmin qrafik üzrə işlər davam edir. Vaxtı-vaxtında heyvanlar qida ilə təmin olunur, sağlamlıqlarına da diqqət yetirilir. Hər valierdə soyuq, yağışlı və qarlı havalarda içərisi istiliklə təmin edilən otaqlar var ki, heyvanlar bu cür hava şəraitlərində həmin otaqlarda dincəlsin".

Şöbə rəhbəri dövlətin Zooparka qayğısından heç bir şikayətləri olmadığını, ancaq paytaxtın böyüklüyünə görə Zoopark ərazisinin çox kiçik olduğunu söyləyib: "Əvvəllər ərazimiz bir az böyük idi. Lakin daha sonra "Koroğlu parkı" və ADA Universiteti tikiləndə Zoopark ərazisindən geniş torpaq payı aldılar. Bu gün nəinki ərazimiz, böyük heyvanlar üçün olan qəfəslərimiz də kiçikdir".

Həqiqətən də, çəkiliş əsnasında müşahidələrimiz göstərdi ki, iri heyvanlar, xüsusilə şir, pələn və ayı kimi vəhşi heyvanların qaldığı qəfəslər çox kiçikdir.

Şöbə müdiri bir xəbəri də açıqlayıb: "Bu günlərdə Zooparkımızda daha yeni iki qonaq peyda olub. Belə ki, uzun müddətdir doğumları gözlənilən ayı və şir heyvanlarının balaları dünyaya gəlib".

© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
1/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
2/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
3/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
4/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
5/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
6/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
7/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
8/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
9/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
10/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
11/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
12/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
13/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
14/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
15/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
16/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
17/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
18/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
19/20
Bakı zooloji parkı
© Sputnik / Murad OrujovBakı zooloji parkı
Bakı zooloji parkı - Sputnik Azərbaycan
20/20
Bakı zooloji parkı
Xəbər lenti
0