Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıdakı məşhur klinikada dəhşətli olay

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidXəstəxana. Arxiv şəkli
Xəstəxana. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Oksigen" klinikasında 2 yaşlı oğlan əməliyyat zamanı dünyasını dəyişib

BAKI, 27 okt — Sputnik. Polisə daha bir həkim səhlənkarlığı ilə bağlı məlumat daxil olub. Bu dəfə özəl klinika olan "Oksigen"in əməkdaşları günahlandırılır.

Tonq Fuok Fu adlı vyetnamlı abort zamanı məhv edilən körpələrin meyitlərini alaraq məzarlıqda dəfn edir - Sputnik Azərbaycan
O, abort edilmiş uşaqların cəsədlərini klinikadan alır və...

Bu barədə Sputnik-ə Nərimanov rayon Polis İdarəsindən məlumat veriblər. Məlumata görə, 1984-cü il təvəllüdlü Biləsuvar rayon sakini Həsənova Ramilə Qabil qızı polisə müraciət edib. Müraciətdə bildirilir ki, 26 noyabr saat 16:58-də Təbriz küçəsində yerləşən "Oksigen" klinikasında onun 2 yaşlı qardaşı oğlu Həsənli Məhəmməd Amil oğlu əməliyyat stolunda keçinib.

Hələlik məlum olan odur ki, uşağın ayağını əməliyyat ediblər. Uşağın yaxınları əmindir ki, uşaq həkimlərin səhlənkarlığı ucbatından ölüb. Nərimanov Rayon Prokurorluğundan bu informasiyaya əlavə olaraq bildiriblər ki, hazırda bu fakt üzrə araşdırma aparılır və hələ heç kəs şübhəli qismində saxlanmayıb.

Öz növbəsində Səhiyyə Nazirliyinin mətbuat xidməti bəyan edib ki, nazirliyin özəl klinikaların fəaliyyətinə qarışmaq səlahiyyəti yoxdur və bu işlə hüquq-mühafizə orqanları məşğul olmalıdır.

Xəbər lenti
0