Ekspert: Bağçalar yenidən Təhsil Nazirliyinə qaytarılmalıdır

© Photo : APAKamran Əsədov, təhsil üzrə ekspert
Kamran Əsədov, təhsil üzrə ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
Kamran Əsədov: Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinə heç bir ehtiyac yoxdur.

Ekspert: Bağçaları özəlləşdirmək yerinə onlara diqqət və qayğı artırılmalıdır.
“Hazırda ölkədə kifayət qədər məktəbəqədər təhsil müəssisələri mövcuddur. Hesab edirəm ki, həmin təhsil müəssisələrinin özəlləşdirilməsinin arxasında bəzi məmurların biznes maraqları dura bilər". Təhsil eksperti Kamran Əsədov deyir ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinə heç bir ehtiyac yoxdur.

"Bağçalarda tərəqqinin olmasını istəyirlərsə, kadr təminatı məsələlərinə xüsusi diqqət ayrılmalıdır. İlk addım bağçaların icra hakimiyyətlərindən alınıb, yenidən Təhsil Nazirliyinə qaytarılmasıdır. Yaxud onlar üçün ayrıca təşkilatın, qurumun yaradılmasıdır. Çünki, bağçalar təhsilin əsasını təşkil edir. Bağçaları özəlləşdirmək yerinə onlara diqqət və qayğı artırılmalıdır", — K. Əsədov bildirib. 

Xəbər lenti
0