CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın 11 bölgəsində məzarı olan sufi

Abunə olmaq
Türkiyənin keçmiş prezidenti Abdullah Gül Azərbaycana gələrkən, bu iki şəxsiyyətin məzarını ziyarət edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

Ensiklopedik və digər mənbələrdə onun haqqında çox qısa məlumatlara rast gəlinir. Söhbət, xalq ozanı, "vəhdəti-vücud" fəlsəfəsinin ardıcılı, təsəvvüf ustadı, böyük türk şairi kimi tanınan Yunis Əmrədən gedir.

Hacı Muradın Qax rayonunundakı qəbrinin başdaşındakı şəkil - Sputnik Azərbaycan
CƏMİYYƏT
Başsız bədənin uyuduğu sirli qəbir

Adı əfsanələrə qarışmış bu şəxsiyyətin məzarının harada olmasına dair müxtəlif versiyalar var. Bu ehtimallardan birinə əsasən, onun məzarı Qax rayonunun Oncallı kəndində yerləşir.

"Qul Yunus, Aşıq Yunus, Yunus Əmrə, Miskin Yunus, Dərviş Yunus, Yunus imzası ilə heca vəznli qoşma, gəraylı, ilahilər, əruz vəznli qəzəl və məsnəvilərdə sufi fəlsəfəsini sadə xalq dilində təbliğ etmiş sənətkar XIII-XIV əsrlərdə yaşayıb. Məsələ bundadır ki, Yunus Əmrə haqqında müfəssəl materiallar yoxdur".

Tarixçi Məcid Mehrani Sputnik-ə açıqlamasında belə deyib. Onun sözlərinə görə, Yunus Əmrə haqqında müfəssəl materiallar olmadığı üçün müxtəlif rəvayətlər yaranıb: "Hətta Yunus Əmrənin qəbrinin Qax rayonunun Oncallı kəndində olmasına baxmayaraq, dünyanın 11 bölgəsində onun qəbrinin olduğu deyilir. Bu da Yunus Əmrə haqqında dəqiq məlumatın olmamasından irəli gəlir. Amma bu rəvayətlər əsasında və şeirlərindən onun kimliyini, necə insan olmasını aydınlığı ilə görmək olur". 

"Yunus Əmrə Anadoluda dünyaya gəlib, Anadoluda yaşayıb. Onun yaradıcılığı Anadolu Səlcuq sultanlığından başlayaraq, orada türk bəyliklərinin yaranması və sonra da Osmanlı dövlətinin yaranmasına qədər davam edir. Yunus Əmrə sadə xalq dilində şerlər yazıb. Ona görə də hər kəs tərəfindən çox sevilib. Onun haqqında olan rəvayətlərə görə, Yunus Əmrə məktəbdə yaxşı oxumayıb. Buna görə də atası onu məktəbdən uzaqlaşdırır, əsas işlərin idarə olunmasını ona tapşırır", — deyir tarixçi.

Sonralar aclıq və quraqlıq dövrü başlayır: "Buna görə də, Yunus Əmrə Hacı Bektaşi Vəlinin yanına gedir, ondan buğda istəyir. Yunus Əmrənin məğrurluğu, ağayanalığı Hacı Bektaşi Vəliyə xoş gəlir və onu Hacı Tapdıq Əmrə ilə tanış edir. Tapdıq isə dərviş idi. O dövrdə dərvişlərə Tapdıqlılar deyirdilər. Hacı Tapdıq onun yanında çox şey öyrənir və hətta Hacı Tapdıq Yunus Əmrəyə öz qızı ilə evlənməyi təklif edir. Amma o, bu təklifi qəbul etmir. Sonra da Yunus Əmrə Tapdığın yanından gedərək, bütün dünyanı tək-tənha gəzməyə başlayır". 

Tarixçinin dediyinə görə, Yunus Əmrənin insanlara çağırışı bu idi ki, varlıya, kasıba, zəifə fərq qoymamaq lazımdır: "O, xristiana, müsəlmana fərq qoymayıb. Bütün insanları bir tutub, onlara kömək etməyə, insanlara himayəçi olmağa çağırırdı. Yunus Əmrə o dövrdə multikulturalizmin əsasını qoyanlardan biri olub, əsl multikulturalist şəxsiyyət olub. Ona görə də onu sevirdilər".

Şəkinin Kiş kəndindəki Alban məbədi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Altında oğurlanmış tarix yatan məbəd

Tapdıqla Yunus insanlara İslam dinini sevdirirlər. İnsanlara ləyaqətli insan olmağı öyrədirdilər. Belə gözəl xüsusiyyətlərlə tanınan gözəl şair, gözəl ozanlar olublar, dastanlar söyləyiblər.

"Yunus Əmrə kimi, Hacı Tapdığın da vəfat etdiyi yer dəqiq olmadığına görə, müxtəlif yerlərdə məscidlərin, qəbirlərin onun adına olduğu söylənilir. Tapdıq Əmrənin qəbri də dünyanın 11 yerində mövcuddur. Onlardan biri də Qax rayonun Oncallı kəndindədir", — deyə tarixçi bildirib.

Bu qəbirlərin, həqiqətən onlara aid olub-olmadığını dəqiq deyə bilmərik. Amma həqiqətə uyğunluq çoxdur. Hətta Türkiyənin keçmiş prezidenti Abdullah Gül Azərbaycana gələrkən, Oncallı kəndinə yollanaraq, Yunus Əmrənin və Tapdıq Əmrənin məzarlarını ziyarət edib.

© Sputnik / Shahperi AbbasovaŞeyx Yunus Əmrənin məzarı.
Şeyx Yunus Əmrənin məzarı - Sputnik Azərbaycan
1/7
Şeyx Yunus Əmrənin məzarı.
© Sputnik / Shahperi AbbasovaYunus Əmrənin insanlara çağırışı bu idi ki, varlıya, kasıba, zəifə fərq qoymamaq lazımdır.
Yunus Əmrənin insanlara çağırışı bu idi ki, varlıya, kasıba, zəifə fərq qoymamaq lazımdır - Sputnik Azərbaycan
2/7
Yunus Əmrənin insanlara çağırışı bu idi ki, varlıya, kasıba, zəifə fərq qoymamaq lazımdır.
© Sputnik / Shahperi AbbasovaYunus Əmrənin qəbrinin Qax rayonunun Oncallı kəndində olmasına baxmayaraq, dünyanın 11 bölgəsində onun qəbrinin olduğu deyilir.
Yunus Əmrənin qəbrinin Qax rayonunun Oncallı kəndində olmasına baxmayaraq, dünyanın 11 bölgəsində onun qəbrinin olduğu deyilir - Sputnik Azərbaycan
3/7
Yunus Əmrənin qəbrinin Qax rayonunun Oncallı kəndində olmasına baxmayaraq, dünyanın 11 bölgəsində onun qəbrinin olduğu deyilir.
© Sputnik / Shahperi AbbasovaQul Yunus, Aşıq Yunus, Yunus Əmrə, Miskin Yunus, Dərviş Yunus, Yunus imzası ilə yazıb-yaratmış sənətkar XIII-XIV əsrlərdə yaşayıb.
Qul Yunus, Aşıq Yunus, Yunus Əmrə, Miskin Yunus, Dərviş Yunus, Yunus imzası ilə yazıb-yaratmış sənətkar XIII-XIV əsrlərdə yaşayıb - Sputnik Azərbaycan
4/7
Qul Yunus, Aşıq Yunus, Yunus Əmrə, Miskin Yunus, Dərviş Yunus, Yunus imzası ilə yazıb-yaratmış sənətkar XIII-XIV əsrlərdə yaşayıb.
© Sputnik / Shahperi AbbasovaOnun yaradıcılığı Anadolu Səlcuq sultanlığından başlayaraq, orada türk bəyliklərinin yaranması və sonra da Osmanlı dövlətinin yaranmasına qədər davam edir.
Onun yaradıcılığı Anadolu Səlcuq sultanlığından başlayaraq, orada türk bəyliklərinin yaranması və sonra da Osmanlı dövlətinin yaranmasına qədər davam edir - Sputnik Azərbaycan
5/7
Onun yaradıcılığı Anadolu Səlcuq sultanlığından başlayaraq, orada türk bəyliklərinin yaranması və sonra da Osmanlı dövlətinin yaranmasına qədər davam edir.
© Sputnik / Shahperi AbbasovaYunus Əmrə kimi, Hacı Tapdığın da vəfat etdiyi yer dəqiq olmadığına görə, müxtəlif yerlərdə məscidlərin, qəbirlərin onun adına olduğu söylənilir.
Yunus Əmrə kimi, Hacı Tapdığın da vəfat etdiyi yer dəqiq olmadığına görə, müxtəlif yerlərdə məscidlərin, qəbirlərin onun adına olduğu söylənilir - Sputnik Azərbaycan
6/7
Yunus Əmrə kimi, Hacı Tapdığın da vəfat etdiyi yer dəqiq olmadığına görə, müxtəlif yerlərdə məscidlərin, qəbirlərin onun adına olduğu söylənilir.
© Sputnik / Shahperi AbbasovaYunus Əmrə və Hacı Tapdığın məzarlarının olduğu deyilən Qax rayonunun Oncallı kəndindəki qəbirstanlıq.
Yunus Əmrə və Hacı Tapdığın məzarlarının olduğu deyilən Qax rayonunun Oncallı kəndindəki qəbirstanlıq - Sputnik Azərbaycan
7/7
Yunus Əmrə və Hacı Tapdığın məzarlarının olduğu deyilən Qax rayonunun Oncallı kəndindəki qəbirstanlıq.
Xəbər lenti
0