Prezident hökuməti tam tərkibdə istefaya göndərdi

© interfax.byAlmazbek Atambayev
Almazbek Atambayev - Sputnik Azərbaycan
Abunə olmaq
Almazbek Atambayev bununla əlaqədar sərəncam imzalayıb

BAKI, 26 okt — Sputnik. Qırğızıstan prezidenti Almazbek Atambayev bu gün "Qırğızıstan Respublikası hökumətinin istefası haqqında" sərəncam imzalayıb. Sputnik-in məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan hökumətinin iclası - Sputnik Azərbaycan
TƏHLİL
Ermənistan və Qazaxıstandakı istefaların arxasında nə durur?

Sərəncamda deyilir ki, QSDP, "Qırğızıstan", "Onuquu-Tərəqqi" və "Ata Məkan" fraksiyalarının qurduğu koalisiya dağıldığı üçün hökumət istefaya getmiş sayılır. Baş nazir, baş nazirin birinci müavini, baş nazirin müavinləri, hökumət üzvləri, həmçinin administrativ idarələrin rəhbərləri öz vəzifələrini Nazirlər Kabinetinin yeni üzvləri və dövlət strukturlarının rəhbərləri təyin olunana qədər icra edəcəklər.

Qeyd edək ki, sözügedən koalisiya 2 noyabr 2015-ci ildə qurulub. Bu koalisiya QSDP-nin tərəfdaşları ilə olan fikir ayrılığı səbəbindən dağılıb.

Xəbər lenti
0