Meşədə nəhəng fiquru görənlər gözlərinə inanmayıblar

© Photo : RT.comİrlandiyanın Donegol qraflığındakı meşə
İrlandiyanın Donegol qraflığındakı meşə - Sputnik Azərbaycan
Abunə olmaq
Bunu, yalnız rəssam yarada bilərdi. Amma o, meşəbəyinin təxəyyülünün məhsulu imiş...

BAKI, 26 okt — Sputnik. İrlandiyanın Donegal qraflığındakı meşənin ortasında sarı ağacların yaratdığı kelt xaçı onu görənləri heyrətə gətirib. Məsələ ondadır ki, bu nəhəng təbii xaçı gözlə görmək üçün mütləq hündürlükdə uçmaq lazımdır. A large Celtic Cross carved out of a forest near Grianán of Aileach. 

Onun fərqinə ilk dəfə təyyarə ilə bu meşənin üzərindən uçan sərnişinlər varıblar. Daha sonra isə onun yüksəklikdən çəkilmiş kadrları KİV-in diqqətini cəlb edib.

UTV-nin bu barədə hazırladığı reportajda bildirilir ki, sözügedən nəhəng xaç adi bir meşəbəyinin təxəyyülünün məhsuludur. O, irland meşəbəyi Liam Emmerinin əkdiyi iki növ ağacdan əmələ gəlib.

Emmeri 2010-cu ildə 51 yaşında dünyasını dəyişib. O, təəssüf ki, öz yaradıcılığının nəticəsinin ictimaiyyət arasında məşhurlaşdığı dövrə qədər yaşamayıb. Emmeri özü sarı rəngli ağacları elə formada əkib ki, onlar böyüyəndə məhz kelt xaçı şəklini alsın.

Mütəxəssislər əmindirlər ki, bu xaç dünyanın təbii incəsənət nümunələri xəzinəsinə daxil edilməyə layiqdir. Çünki belə proropsiyanı yalnız rəssam yarada bilərdi.

Xəbər lenti
0