Politoloq: Yaxın Şərqdə məzhəb qarşıdurması yaratmağa çalışırlar

© Photo : Личный архив Т.ИсмаилаТогрул Исмаил, профессор университета TOBB (Анкара)
Тогрул Исмаил, профессор университета TOBB (Анкара) - Sputnik Azərbaycan
Abunə olmaq
Toğrul İsmayıl: Fərqli etnikdən, məzhəbdən, ideologiyadan olan müharibə qaçqınları Türkiyəyə sığınır, İrana yox.

Toğrul İsmayıl: Türkiyə Mosulda tarazlığın pozulmasının əleyhinədir.
“Bu gün görünən odur ki, Yaxın Şərqdə məzhəb qarşıdurması yaratmağa çalışırlar. Və bu məzhəb qarşıdurmasında da, sanki Türkiyəni sünnilərin haqlarının müdafiəçisi kimi göstərməyə çalışırlar. Guya rəsmi Ankara, öz maraqlarını oradakı sünnilər vasitəsilə qorumaq istəyirmiş kimi bir görüntü var”,- Yaxın Şərqdə yaranmış gərginlik barədə danışarkən bu fikirləri Sputnikə politoloq Toğrul İsmayıl bildirb.

“Hadisələri diqqətlə izləyən hər kəs açıq-aydın görə bilər ki, regionda məzhəbçi siyasət izləməyən ölkələrin başında, məhz Türkiyə durur. Fərqli etnikdən, məzhəbdən, ideologiyadan olan müharibə qaçqınları, diqqət edirsinizsə, Türkiyəyə sığınır, İrana yox. İşin əsli başqadır. Qarşı tərəf orada şiəlik üzərindən oyun oynadığı üçün və Türkiyə tərəfsiz yanaşmağa çalışdığı üçün, sanki Ankara sünni cəbhəsini müdafiə edirmiş kimi görünür.

Əslində Türkiyə Mosulda tarazlığın pozulmasının əleyhinədir. Çünki bu tarazlıq pozularsa, həqiqi mənada məzhəb qarşıdurması başlaya bilər. Orada yaşayan türkmənlər həm şiə, həm də sünnilərdən ibarətdir. Türkiyə, sadəcə sünni türkmənlər üçün çalışmır axı. Eyni zamanda şiə türkmənlərin vəziyyəti də Ankaranın maraq dairəsindədir.

Xəbər lenti
0