Alla Bayramova: Azərbaycanın audiovisual irsi qorunub saxlanılmalıdır

© Sputnik / Murad OrujovDövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova
Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Biz Azərbaycan musiqisinin yazılarını xaricdə də axtarırıq

Alla Bayramova: Səsyazmalar rəqəmsal texnologiyalara keçirilərək saxlanılır
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova deyir ki, Audiovisual İrs Günü çox əhəmiyyətlidir: “Çünki onu yenicə saxlamağa və qorumağa başlayıblar. Bu texnologiyaların tarixi isə bir əsrdən çox deyil. Ona görə biz deyə bilərik ki, başqa irslərdən fərqli olaraq, audiovisual irs çox gəncdir”.

“Muzeyimizin fondunda çox nadir vallar, səs yazıları, 20-ci əsrin əvvəlində yazılan materiallar var. Bu valların əksəriyyətini biz rəqəm texnologiyalarına keçirmişik. Bildiyiniz kimi, ilk vallar birtərəfli olublar, onlara bir mahnı, muğamın bir parçası yazılıb.Sonra ikitərəfli vallar yaradılıb – bir tərəfində bir mahnı, o biri tərəfində isə başqa mahnı yazılıb. Bizdə kataloqlar kimi çox əhəmiyyətli materiallar da var. Kataloqlar bizə göstərir ki, çox məhşur Azərbaycan xanəndələri və kamança ifaçıları həm xaricdə, həm Azərbaycanda vallara yazılıblar. Xaricdə onlar Varşava studiyasında işləyiblər. Sonra, 1901-ci ildə Tiflisdə qramafon firması fəaliyyətə başladı və bütün Qafqaz müsiqiçiləri oraya gedirdilər. Bu qramafon firması çox gözəl yazılar edib. Biz indiyənədək onları muzeydə qoruyub saxlayırıq”, — deyə Alla Bayramova deyib.

Xəbər lenti
0