İŞİD bu dəfə Pakistanı qana boyadı

© REUTERSPakistanın Kvetta şəhərindəki polis mərkəzində terror aktı törədilib
Pakistanın Kvetta şəhərindəki polis mərkəzində terror aktı törədilib - Sputnik Azərbaycan
Abunə olmaq
Qruplaşma üzvlərinin beş-altı nəfər olduğu bildirilib

BAKI, 25 okt — Sputnik. Pakistanın Kvetta şəhərindəki polis mərkəzində terror aktı törədilib. 60 insanın dünyasını dəyişdiyi bildirilir. Hadisənin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Sputnik Əl Cəzirə-yə istinadən xəbər verir ki, Kvetta şəhərindəki polis məktəbi dünən gecə hücuma məruz qalıb. Silahlı dəstələr avtomatdan atəş açaraq məktəbin ərazisinə, sonra isə yataqxana binasına daxil olub.
Qruplaşma üzvlərinin beş-altı nəfər olduğu bildirilib.

Xəbər lenti
0