Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Araq əvəzinə sirkə turşusu içdi və...

Abunə olmaq
Qaxda 65 yaşlı kişi səhvən sirkə turşusu içərək ölüb

BAKI, 25 okt — Sputnik. Qax rayonunda 65 yaşlı kişi səhvən sirkə turşusu içərək ölüb. Qax Mərkəzi Rayon Xəstəxanasından Sputnik-ə verilən məlumata görə, hadisə oktyabrın 24-də baş verib.

1951-ci il təvəllüdlü İlidon Pavloviç Babacanaşvili mədəsində kəskin ağrılar və zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, İ. Babacanaşvili həmin gün səhər saatlarında sərxoş vəziyyətdə araq əvəzinə sirkə turşusu qəbul edib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, İ. Babacanaşvilinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan bir müddət sonra ölüb. Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0