BAKI, 25 okt — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mosuldakı hərbi əməliyyata ölkəsinin çoxşaxəli yardım etdiyini deyib. O, həmçinin Başika düşərgəsində türk hərbçilərinin təlim keçdiyi Ninova silahlılarının İŞİD-ə qarşı əməliyyatda aktiv vuruşduğunu söyləyib.
Sputnik-in məlumatına görə, Çavuşoğlu əlavə edib ki, eyni zamanda, dörd ədəd türk F16 təyyarəsi koalisiya qüvvələri ilə birgə, hava əməliyyatına qoşulub.
Nazir, koalisiyanın əsas məqsədinin Suriya və İraqdan İŞİD-i təmizləmək və ölkələrin ərazi bütövlüyünü qorumaq olduğunu vurğulayıb.