Çinin yeni qatarı saatda 600 kilometrədək sürət yığa biləcək

© AZƏRTACÇinin yeni sürətli qatarı
Çinin yeni sürətli qatarı - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni qatarın işə salınması üçün yeni yol yatağı lazım gəlir və kompaniya artıq 5 kilometr uzunluğunda test sahəsinin tikintisinə başlayıb.

BAKI, 24 okt — Sputnik. Çin Xalq Respublikasının CRRS dəmir yolu kompaniyası saatda 600 kilometrədək sürət yığa biləcək yeni qatarın yaradıldığını elan edib.

Sputnik xarici KİV-lərə istinadla xəbər verir ki, qatar maqnit yastığı üzərində hərəkət edəcək. Müvafiq layihələr bir sıra ölkələrdə — Almaniya, Böyük Britaniya və Yaponiyada reallaşdırılıb. Çinin özündə də Şanxay şəhərini Xuntsyao aeroportu ilə birləşdirən analoji sürət qatarı fəaliyyət göstərir. Lakin CRRS bildirir ki, yeni qatar tarixdə ən sürətlisi olacaq. Onun köməyi ilə Şanxaydan Pekinə yol cəmi iki saat vaxt aparacaq, Londondan Parisə isə 34 dəqiqəyə getmək mümkün olacaq.

Yeni qatarın işə salınması üçün yeni yol yatağı lazım gəlir və kompaniya artıq 5 kilometr uzunluğunda test sahəsinin tikintisinə başlayıb. Yeni qatarlar indikilərə nisbətən 10 faiz az elektrik enerjisi işlədəcək.

Xəbər lenti
0