CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu günə olan rəsmi valyuta məzənnələri

© Sputnik / Murad OrujovMərkəzi Bank
Mərkəzi Bank - Sputnik Azərbaycan
Abunə olmaq
Dollar və avro möhkəmlənib, rubl sabit qalıb, lirə zəifləyib

BAKI, 24 okt — Sputnik. Mərkəzi Bank (AMB) bu günə olan rəsmi məzənnələrini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, dolların məzənnəsi oktyabrın 21-i ilə müqayisədə 0,37% bahalaşaraq 1,6150 manat təşkil edib. Avro da 0,03% möhkəmlənərək 1,7549 manat olub.

Rusiya rublu oktyabrın 21-i ilə müqayisədə dəyişməyərək 0,0258 manat səviyyəsində qərarlaşıb. Türkiyə lirəsinin məzənnəsi isə 0,06% zəifləyərək 0,5245 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9705 manatdır. Beləliklə, funt sterlinq 0,04%-lik artım nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,16% bahalaşaraq 0,6829 manat təşkil edib.

Xəbər lenti
0