Türk ordusunun təlim keçdiyi peşmərgə İŞİD-ə ağır zərbə vurub

© AFP 2024 / ADEM ALTANMövlüd Çavuşoğlu
Mövlüd Çavuşoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə XİN: "Dörd ədəd F-16 qırıcımız koalisiya qüvvələri ilə birlikdə antiterror əməliyyatında iştirak edir"

BAKI, 24 okt — Sputnik. "Mosulun İŞİD-dən təmizlənməsi əməliyyatında dörd F-16 qırıcımız koalisiya qüvvələrinə dəstək verir".

Sputnik xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, fransalı həmkarı Jan-Mark Eyro ilə Ankaradakı görüşü zamanı deyib. "4 ədəd F-16 qırıcımız koalisiya qüvvələri ilə birlikdə antiterror əməliyyatında iştirak edir. Mosul əməliyyatında çox yaxından iştirak edirik", — Çavuşoğlu bildirib.

"İraqın şimalında Başika hərbi bazasında təlim keçdiyimiz kürd silahlılar və yerli güclər Mosul əməliyyatında fəal iştirak edir. Bizim təlim keçdiyimiz qüvvələr İŞİD-in 700 silahlısını məhv edib", — deyə o vurğulayıb.

Xəbər lenti
0