Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Ermənistana silah satmasının səbəblərinə aydınlıq gətirdi

© wordpress.comİskəndər raket kompleksi
İskəndər raket kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Mariya Zaxarova: "Ermənistanla hərbi-texniki əməkdaşlıq regionda güc balansını qorumaq, ehtiyatlı olmaq, ehtiyacları nəzərə almaq məqsədi daşıyır"

BAKI, 24 okt — Sputnik. "Rusiya regiondakı qüvvələr balansını nəzərə almaq şərtilə Azərbaycan və Ermənistanla hərbi-texniki əməkdaşlıq edir".

Dəmir qübbə - Sputnik Azərbaycan
TƏHLİL
"Dəmir qübbə" bizi "İskəndər"dən qoruya biləcəkmi?

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova, KİV-də rezonans doğuran, Rusiyanın Ermənistana "İskəndər" raket kompleksi verməsi məsələsini Sputnik-ə şərh edərkən deyib. "Mən hərbi ekspert deyiləm, ona görə də mənim ayrı-ayrı hərbi sistemlərlə bağlı xüsusi şərhim yoxdur. Bizim prinsipial yanaşmamızı isə artıq dəfələrlə izah etmişik".

XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, Ermənistanla (eləcə də Azərbaycanla) hərbi-texniki əməkdaşlıq regionda güc balansını qorumaq, ehtiyatlı olmaq, ehtiyacları nəzərə almaq, ixraca nəzarət milli sistemi çərçivəsində, Rusiya federal qanunvericiliyi ilə müəyyən edilmiş və Rusiyanın üzərinə götürdüyü müəyyən beynəlxalq öhdəliklərə daim riayət etmək şərtilə həyata keçirilir.

Zaxarova, həmçinin ABŞ prezidenti Barak Obamanın prezidentlik müddətinin başa çatmasından sonra Moskva ilə Vaşinqton arasındakı münasibətlərin necə olacağı barədə suala da cavab verib: "Biz həmişə olduğu kimi, əməkdaşlığa hazırıq. Rusiya-Amerika münasibətlərinin pisləşməsi Rusiyanın seçimi deyil, Obama administrasiyasının siyasətinin nəticəsidir".

"Ağ Evə yeni komandanın gəlişindən sonra biz yəqin ki, onun kursundan çıxacağıq", — deyə Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.

Zaxarova qeyd edib ki, Rusiyanın prinsipial mövqeyi bərabərhüquqlu, qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərindən, əsasən də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətdən ibarətdir.

Xəbər lenti
0