Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Dəmir qübbə" bizi "İskəndər"dən qoruya biləcəkmi?

© AFP 2024 / JACK GUEZ"Dəmir qübbə"
Dəmir qübbə - Sputnik Azərbaycan
Abunə olmaq
İsrailin Azərbaycana satacağı raketdən müdafiə sisteminin dünyada analoqunun olmadığı bildirilir

BAKI, 5 okt — Sputnik. "İsrailin hərbi texnikası bu gün dünyada ən güclü və müasir texnikalardan sayılır". Hərbi ekspert Üzeyir Cəfərov, İsrailin Azərbaycana "Dəmir qübbə" (və ya "Dəmir qalxan" — red.) adlanan raket əleyhinə müdafiə sistemləri verməsini Sputnik-ə şərh edərkən belə deyib.

© ANNÜzeyir Cəfərov-hərbi ekspert
Üzeyir Cəfərov-hərbi ekspert - Sputnik Azərbaycan
Üzeyir Cəfərov-hərbi ekspert

Qeyd edək ki, Milli Məclisin deputatı Yevda Abramov yaxın zamanlarda İsrailin Azərbaycana "Dəmir qübbə" adlanan raket əleyhinə müdafiə sistemi verəcəyini açıqlayıb. O, qeyd edib ki, artıq sözügedən silah bizim ölkəyə göndərilmək üçün hazırdır.

Ü. Cəfərov "Dəmir qübbə" raket əleyhinə müdafiə sistemini olduqca ciddi silah kimi xarakterizə edir: "Və İsrailin bu silahı Azərbaycana verməsi ilə bağlı hər hansı fikir ayrılığı yoxdur. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, bizim bu silahı almaq üçün təkcə maliyyə imkanlarımız deyil, həm də mənəvi və hüquqi haqqımız var".

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan bu il yeni silah və texnika almağı planlaşdırır: "Nə qədər ki, Qarabağ problemi həll olunmayıb, bu belə də davam edəcək. "Dəmir qübbə" çox etibarlı və müasir sistemdir. Bu silahın "İskəndər" raket kompleksinə qarşı effektiv olmadığını deyənlərlə qətiyyən razı deyiləm".

"300 km radiusu hədəf alan "İskəndər E" İsrail texnikası qarşısında dözümsüzdür. Ondan daha güclü olan "İskəndər M" isə ümumiyyətlə Ermənistanda yoxdur", — Ü. Cəfərov vurğulayıb.

Öz növbəsində Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, analitik Aleksandr Perenciyev Sputnik-ə bildirib ki, "Dəmir qübbə" — İsrail ərazisinə zərbə endirən Fələstin yaraqlılarının, xüsusilə də HƏMAS silahlı qruplaşmasının raket hücumlarının qarşısını almaq məqsədilə yaradılmış raket əleyhinə sistemlərdir: "Bu silahın imici kifayət qədər yüksəkdir, amma bu o demək deyil ki, "Dəmir qübbə" Fələstinin kustar üsullarla hazırlanmış raketlərinə qarşı müdafiəni yüz faiz təmin edib. Bu, çətin məsələdir. Bu silah, təxminən 70-75 faiz etibarlılıq nümayiş etdirib".

Ekspert bununla belə qeyd edib ki, "İskəndər" kustar üsullarla istehsal edilmiş komplekt deyil: "O, hətta "Dəmir qübbə" kimi sistemləri yarmağa və aldatmağa qadirdir. Sözügedən RƏS-in "İskəndər" raket sistemini dayandırması çətin olacaq".

"Mən bunun mümkün olmadığını israr etmirəm. Bu, mümkündür. Amma mənim fikrimcə, "Dəmir qübbə"nin bu situasiyada effektivliyi kustar raketlərlə müqayisədə o qədər də böyük olmayacaq. Ən yaxşı halda effektivliyin 50 % olacağını hesablamaq mümkündür", — Perenciyev bildirib.

© Photo : Şəxsi arxivindənPlexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, analitik Aleksandr Perenciyev
Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, analitik Aleksandr Perenciyev - Sputnik Azərbaycan
Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, analitik Aleksandr Perenciyev

Qeyd edək ki, "Dəmir qübbə" — uçuş məsafəsi 4-70 kilometr olan idarəolunmayan taktiki raketlərdən müdafiə sistemidir. Onun əsas funksiyası hava hücumundan müdafiədir. Raket kompleksinin hər bir batareyası 150 kvadrat kilometrlik ərazini qoruyur. 2011-ci ilin martından İsrail ordusu bu raketlərdən aktiv şəkildə istifadə etməyə başlayıb. 2014-cü ilin sonuna olan məlumata görə, "Dəmir qübbə" vasitəsilə 1200 raket vurulub.

Hazırda bu kompleksdən yalnız İsrail və Sinqapurda istifadə edilir. İndiyədək "Dəmir qübbə"nin 10 batareyası istehsal olunub. Onun bir batareyasının qiyməti 50 milyon dollardır. Onun ağırlığı 90 kiloqram, uzunluğu 3 metrdir.

Azərbaycan 2013-cü ildə İsrailin aparıcı silah şirkətləri olan "Rafael" və "Israel Aircraft Industries"lə (İAİ) silah alqı-satqısına dair müqavilə bağlayıb. "Dəmir qübbə" də adıçəkilən şirkətlər tərəfindən sifariş əsasında hazırlanır.

Qeyd edək ki, hərbi ekspert Rəşad Süleymanov azvision-a bildirib ki, "Dəmir gübbə" kompleksinə aid olan "EL/M-2080 Green Pine" AESA radarı 500-800 km məsafədən 3000 metr/saniyə sürətlə hərəkət edən hədəfləri deteksiya etməyə imkan verir və "Arrow", "Barak-8" raketi ilə təchiz edilib. O qeyd edib ki, "Dəmir gübbə"nin yaradılmasına 2010-2011-ci illərdə başlanılıb.

"İlk dəfə silahlanmaya qəbul edildiyi vaxt sınaq məqsədilə atılan 10 raketdən 8-ni məhv edib. Onlar çox kiçik ölçülü və aşağı hündürlükdən uçan raketlər olub. Aşağı hündürlükdən uçan raketləri vurmaq olduqca çətindir", — Süleymanov deyib.

Hərb ekspertin sözlərinə görə, "İskəndər-M" raketləri aşağı hündürlükdən uçur və ziq-zaq hərəkətlər edir: "Buna baxmayaraq, "Dəmir gübbə" kompleksi "İskəndər-M" raketlərini zərərsizləşdirmək iqtidarındadır. Sistemin komponetləri ən kiçik hədəfləri müəyyənləşdirən radarlardan ibarətdir. Radarlar hədəfin uçuş trayektoriyasını izləyir və qeydə alır. Ondan sonra avtomatik komanda ilə raket işə düşərək hədəfi məhv edir. Sistem bir neçə raketdən istifadə edir ki, bunlardan da biri "Barak-8"dir. Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov bu ilin əvvəlində jurnalistlərə bildirmişdi ki, Azərbaycan "Barak-8" raketlərini yaxın dövrdə silahlanmaya qəbul edəcək".

R.Süleymanov rusiyalı politoloqdan fərqli olaraq "Dəmir gübbə"nin "İskəndər-M"ə qarşı öz effektivliyini göstərə biləcəyinə əmindir: ""Dəmir gübbə" bu gün dünyada öz imkanlarına görə analoqu olmayan sistemdir. İsrail Azərbaycana ən mükəmməl kompleksi təklif edir. Bunların müəyyən komponentləri ölkəmizdə mövcuddur, amma tam şəkildə sistemin qurulması və tədarükü başa çatmayıb. Orada yer alacaq müəyyən raket sistemləri alınıb. 24 saat bütün hava şəraitində hədəfləri məhv etməyə imkan verən raket sistemləri var. Bu sistemdə yuxarı hündürlükdən gələn raketlərə qarşı "Arrow" raketlərindən istifadə olunur".

© Photo : qafqazinfo.azRəşad Süleymanov
Rəşad Süleymanov - Sputnik Azərbaycan
Rəşad Süleymanov

"Kompleksin mühüm üstünlüyü ondan ibarətdir ki, o, aşağı hündürlükdən gələn raketləri məhv edə bilir. "İskəndər-M" yer səthindən 50-60 metr hündürlüklə uçduğu üçün mövcud radarlar onu təyin edə bilmir. Amma "Dəmir gübbə" bu raketlərin hər birini aşkarlamağa və məhv etməyə qadirdir", — mütəxəssis vurğulayıb.

Xatırladaq ki, Ermənistan sentyabrın 21-də İrəvanda keçirilən hərbi paradda Rusiyadan aldığı "İsgəndər" operativ-taktiki raket komplekslərini nümayiş etdirib. Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi həmin gün prezidentin göstərişi ilə xidməti müşavirəyə toplaşaraq regionda yaranmış hərbi-siyasi vəziyyəti müzakirə edib, bu vəziyyətə uyğun cavab tədbirlərini müəyyənləşdirib.

Xəbər lenti
0